Fətullah Güləni 200 nəfərlik ordu qoruyacaq

8-05-2015, 10:56
Oxunub: 711
Ötən həftə Fətullah Gülən 1 saat Pensilvaniyada yaşadığı malikanənin liftində qalıb


ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində liftdə çıxılmaz vəziyyətdə qalan “Xidmət” camaatının lideri Fətullah Gülən cangüdən sayını çoxaldıb.

Bundan sonra sui-qəsd və qaçırılma qorxusu yaşayan Fətullah Güləni 200 nəfərlik kiçik bir ordu qoruyacaq.

Bildirilir ki, Gülənin mühafizə birliyinə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və "MOSSAD"dan olan casuslar rəhbərlik edir.

Həmin casusların təlimatı ilə 200 nəfərlik mühafizə ordusu Fətullah Gülənin hər addımını təqib edir.

Xatırladaq ki, ötən həftə Fətullah Gülən 1 saat Pensilvaniyada yaşadığı malikanənin liftində qalıb. Gülənin hiddətlənərək adamlarına, “Bu mənə sui-qəsddir?” – deyə qışqırdığı və böyük qorxu yaşadığı bildirilir. (Ans)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti