Əhmədnejad kosmosa uçmağa hazırdır

4-02-2013, 20:20
Oxunub: 1014


İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin kosmosa göndərdiyi ilk insan olmağa hazır olduğunu söyləyib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əhmədinejad Tehranda İranın hazırladığı süni peykin təqdimat mərasimində təşkil edilən mərasimdə ölkə gənclərinin 4-5 il ərzində kosmosa bir insan göndərməyə hazır olacaqlarını deyib.

O, özünü elmə fəda etməyə və kosmosa gedəcək ilk iranlı olmağa hazır olduğunu da etiraf edib. Daha sonra İran prezidenti özünü "hərraca çıxarmağa" və bundan əldə ediləcək vəsaiti ölkəsinin kosmos proqramlarına yatırmağa hazır olduğunu deyib.

Qeyd edək ki, keçən həftə İran kosmosa meymun göndərmişdi. İnsanın kosmosa göndərilməsini isə İran 2020-ci ilə planlaşdırır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti