Putin şəxsən işə qarışdı, Kərimov Moskvaya gələsi oldu

7-05-2015, 14:47
Oxunub: 889
“Prezident İslam Kərimov Rusiya prezidenti Vladimir Putinin şəxsi dəvətini qəbul edib"


Özbəkistan prezidenti İslam Kərimov Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyə qərar verib.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Prezident İslam Kərimov Rusiya prezidenti Vladimir Putinin şəxsi dəvətini qəbul edib və Böyük Qələbənin ildönünümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya gələcək”- Uşakov deyib.

Bundan əvvəl Özbəkistan XİN-dəki mənbə İslam Kərimovun Moskvaya getməyəcəyini, mayın 9-da Daşkənddə faşizm üzərində qələbənin ildönümünü ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edəcəyini açıqlamışdı.

Ehtimal edilir ki, Daşkənd bu informasiyanı qəsdən ortaya atıb və Putinin İslam Kərimova şəxsən dəvət göndərməsinə nail olub. Sirr deyil ki, İslam Kərimov başqa ölkələrin prezidentlərinin ona göstərdiyi diqqəti xüsusi qiymətləndirir. (Virtualaz.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti