Mir Şahin yazırdı

4-02-2013, 19:52
Oxunub: 5439


Mir Şahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Pirembel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlər birgə ANS-in təsisçisidir. Tanınmış müharibə reportyorudur. Azərbaycanın ən məlumatlı jurnalisti və publisistlərindən biri kimi tanınır. ANS Şirkətlər Qrupunun vitse-prezidentidir. Mir Şahinin 2005-ci ildə "Hesabat" jurnalında yazdığı bir yazını sizə təqdim edirik:

O, bəzilərinin gözünə batır. Amma bu "bəziləri” çoxlardan (xalqdan) çox çox azdır. Biz həmişə sizin gözünüz qabağında olmuşuq. Bu gün də qarşınızdayıq. Sözün həm məcazi, həm də bir başa mənasında. Doğrusu baş verənlər gözləyirdik. Bu "bəzilərinin” texnologiyaları çox bəsitdir və bizə hələ 5-ci sinif dərsliklərindən tanışdır. Nəsə, lənət şeytana (şeytan deyəndə YAŞINDAN və STATUSUNDAN aslı olmayaraqhər hansı insanı nəzərdə tuturam)!

Vəziyyət doğurdan da gülmələdir. Yuxarı tüpürürsən – bığ, aşağı tüpürürsən – saqqal. Yeri gəlmişkən, saqqal barədə. Dövləti ağsaqqalıqdan danışacağam. Adətən, belə ağsaqqallığın dövlət – vətəndaş münasibətlərinin formalaşmasında müstəsna rolu olur. Necə ki olurdu. Və ümumiyyətlə, Azərbaycanda ağsaqqal statusu hər hansı başqa mərtəbə və imtiyazdan qat-qat uca tutulub. Böyüyün doğurdan da böyük, kiçiyin həqiqətən kiçik olduğu, yəni insanların süni və sui-surətdə böyüdülmədiyi zamanlarda. Birdən səhnəyə bir ata çıxır "Ağıl yaşda deyil, başdadır” deyir və elə bu andan hər şey baş-ayaq olur. Yaddan çıxır ki ağsaqqal, adətən, yaşlı adamlara deyilir. Amma o da ola bilər ki, ancaq nəinki ağ, nəinki qara, ümumiyyətlə, saqqalı olmasın. Belə olanda bircə çey qalır: SİFƏT!

Nə baş verir? Bir tərəfdən biz rüşvəti aradan qaldırmaq istəyirik. Bu təbiidir.

O biri tərəfdən rüşvətdə bizi aradan qaldırmaq istəyir. Və buda təbiidir.

Amma bir şeyi nəzərdən qaçırmayın: rüşvətxoru pul qoruyur. Biz isə Xalq, pulları Ruşvətxorlar tərəfindən oğurlanan Xalq. Xalqı isə hörmətli oxucu, Allah qoruyur.

Pis eşidənlər və zəif görənlər üçün bir daha deyirəm və yazıram: RÜŞVƏT HARAMDIR!

Məhəmməd Peyğəmbər xidmətində duran sadiq qulu Salmana belə buyurmuşdu: "Mənə nəzir gətirənlərdən nəzir alma. Başqasının malı mənə lazım deyil! Yox – həmin nəziri mənimki hesab edib verirlərsə, onda sən onlara de ki, Peyğəmbər bunu Sizə bağışlayır. Çünki mənim yolum böyükdür”.

Və bizim yolumuzda böyükdür. Bu yolu bizə verdiyinə görə Sənin əzəməti –izzəti cəlalına min şükür, Xalq və Xalq!
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti