"Mixaylo"nun xatirəsi Sloveniyada yad ediləcək

6-05-2015, 12:04
Oxunub: 592
Tədbirlərdə Azərbaycan MN-in nümayəndələri də iştirak edəcək


Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsi Sloveniyada yad ediləcək.

Etatist.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 7-dən 11-dək Lyublyana (Sloveniya) şəhərində Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş anma tədbirləri keçiriləcək.

Xatırladaq ki, azərbaycanlı partizan, kəşfiyyatçı Mehdi Hüseynzadə İkinci Dünya Müharibəsi zamanı almanlara əsir düşsə də ordan qaçmağı bacarır və Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı döyüşüb, çətin əməliyyatları yerinə yetirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti