Zakir Həsənov Türkiyədə silah sərgisinə qatılacaq

5-05-2015, 13:06
Oxunub: 634
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər planlaşdırılıb


Azərbaycan Respublikasının Müdafiə naziri "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün mayın 5-də İstanbul şəhərinə gedib.

Etatist.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaqdır.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti