"Azərbaycanda tam postmodern üslubda əsər yazılmayıb"

4-02-2013, 17:27
Oxunub: 2317


Fevral ayının 4-də Milli Fikir Mərkəzinin növbəti seminarı keçirilib.

Mərkəzdən Etatist.com-a verilən məlumata görə, seminarın məruzəçisi şair, köşə yazarı Qismət Rüstəmov postmodernizmdən danışıb. Qismət Rüstəmov postmodernizmin Azərbaycana 90-cı illərin sonundan gəldiyini, lakin bizdə hələ də tamamən postmodern üslubda bir əsərin yazılmadığını bildirib. "2000-ci illərdə Azərbaycan ədəbiyyatında postmodern üslubda yazılmış əsərlərə ən yaxşı nümunə Kamal Abdullanın "Yarımçıq əlyazma” əsəri ola bilər. Bu cərəyan həddən artıq intellektuallıq tələb edir." deyə məruzəçi bildirib.

Q.Rüstəmov postmodernist ədəbiyyatın əsas şərtlərini də sayıb:
"1. Meta-fiksiya - meta-təhkiyə- mətn yazıla-yazıla yazıçı bunun qurama olduğunu oxuculara çatdırır. Məsələn, Kurt Vonnequt "5 № li sallaqxana” əsərinin 1ci hissəsində bu əsəri necə yazmasını əsərin tərkib hissəsi kimi daxil etmişdir romana. Və ya Orhan Pamuk özünü müxtəlif yazıçı obrazlarında daxil etmişdir əsərlərinə. Bundan başqa müəllifin əsərdə oxucuya müraciətlə danışması da çox rast gəlinən hallardandır.
2. İntertekstuallıq - mətnlərarasılıq- bütün ədəbi mətnlər özündən əvvəlki mətnlərlə mütləq mənada bir dialoqa söykənməlidir. 
Çünki postmodernistlər deyirlər ki, ədəbiyyatda yazılacaq hər şey daha əvvəldən onsuz yazılıb, yeni bir şey qalmayıb yazmağa, ona görə də avtomatik olaraq hər bir yeni əsərdə əvvəlki əsərlərə bir işarə olacaqdır. Bunu eyham və parodiya üsulları ilə edirlər postmoderistlər. Və postmodernizmdə plaqiat açıq şəkildə qəbul olunur, təbii ki əsərin həmin hissəsinin kimin əsərindən götürülmüş olduğunu eyhamlarla oxucuya çatdırmaq şərti ilə. Məsələn, Dostoyevskidən bir hissəni əsərə daxil eləmək intertekstuallıq yaradır əsərdə. Lakin plaqiat təkcə post-modernist üslubda yazılmış əsərlər üçün keçərlidir. İntertekstuallıqda parodiya və ironiyalardan istifadə etmək geniş yayılmışdır.
3. "Pastiş" - sitatgətirmə- bu da post-modernist ədəbiyyatın vacib şərtlərindəndir. Hətta Avropada bir qrup şəxs pastişin yeni bir din olaraq rəsmən tanınması üçün iddia qaldırıblar. 
Postmodernistlər digər ədəbiyyatçılardan fərqli olaraq detektiv üslublu ədəbiyyat nümunələrini ciddi qəbul edirlər. Umberto Ekonun "Qızılgülün adı” əsəri postmodernist ədəbiyyatın ən gözəl nümunələrindən sayılmaqla yanaşı detektiv janrda bir əsərdir".

Seminar, iştirakçıların suallarını cavablandırıldıqdan sonra yekunlaşıb.

"Azərbaycanda tam postmodern üslubda əsər yazılmayıb"
"Azərbaycanda tam postmodern üslubda əsər yazılmayıb"

 

"Azərbaycanda tam postmodern üslubda əsər yazılmayıb"

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti