Tiflisdən Bakıya dəstək: “Qarabağdakı “seçkiləri” tanımırıq”

4-05-2015, 15:57
Oxunub: 1033
“Özünü müstəqil elan edən “bölgələr”in seçki keçirmək hüququ yoxdur


May ayının 3-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “seçkilər”in nəticələrini tanımayacağıq.

Bu haqda bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb.

“Özünü müstəqil elan edən “bölgələr”in seçki keçirmək hüququ yoxdur və bu, legitim sayılmır. Azərbaycanın işğal edilmiş ərazilərində belə tədbirlərin keçirilməsi, ümumiyyətlə beynəlxalq hüquq normalarına ziddir”, - deyə nazirliyin bəyanatında bildirilib.

Gürcüstan Xarici İşlər Nazirliyi hesab edir ki, tərəflər bütün səylərini artıraraq sülh sazişinin imzalnmasına nail olacaqlar. (Aznews.az)
Şərhlər : 1 Şərh yaz
Orxan 12 may 2015 17:37  

Bu dəstək deyil. İstəklə olan bəyənatdır. Gürcüstan bizə heç nə də dəstək ola bilməz. Dəstək olardı ABŞ, dəstək olardı Fransa. Gürcüstanın özünün iki etno-regional problemi var. Təbii ki, seçkiləri tanıya bilməzdi.

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti