Neftin qiyməti aşağı düşdü

4-05-2015, 13:17
Oxunub: 494
WTI markalı neftin qiymətində də enmə müşahidə olunub


Brent markalı neftin qiyməti aşağı düşüb.

Məlumata görə, Londonun İCE birjasında Brent markalı neftin bir barelinin qiyməti 0.17 faiz enərək 66.35 dollar təşkil edib.

WTI markalı neftin qiymətində də enmə müşahidə olunub. Belə ki, bu markadan olan neftin bir barelinin qiyməti Nyu-York birjasında 0.15 faiz düşərək 59.06 dollar olub.

Beynəlxalq “Fitch” reytinq agentliyinin proqnozuna əsasən iyun ayında neftin qiyməti son 3 ilə nisbətən aşağı olacaq. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti