Kürd merlər Ərdoğanla görüşdən imtina etdi

4-05-2015, 13:15
Oxunub: 1149


Türkiyədə kürd əsilli üç şəhər meri prezident seçkilərindən sonra Diyarrbəkirə ilk dəfə səfər edən ölkə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla görüşməkdən imtina edib.

Nəşr yazır ki, Batman, Siirt və Diyarbəkir merləri prezident Ərdoğanı “alçaldıblar”.

Türkiyə prezidenti ilə görüşdən imtina edən merlər, buna əsas kimi prezident Ərdoğanın son zamanlar kürd məsələsi ətrafında çox sərt ifadələr işlətməsini əsas gətiriblər.

“Bu şəhərlərdə merlər, partiyamızın üzvləri Ərdoğanla görüşdə iştirak etməyəcək və onu qarşılamayacaqlar”, - deyə Demokratik Regionlar partiyasının yaydığı məlumatda bildirilir. (Azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti