Ermənilər ötən ay atəşkəs rejimini 575 dəfə pozub

1-05-2015, 14:46
Oxunub: 536
Ermənistan 9 hərbçisini itirib, 10 hərbçi yaralanıb


Bu ilin aprel ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 575 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri atəşkəs rejiminin pozulmasında minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə ediblər.

MN-in yaydığı məlumatlarda bildirilir ki, cəbhədə baş vermiş döyüş toqquşmaları nəticəsində Azərbaycanın müdafiənin ön xəttində yerləşən əsgər və zabitləri düşmənə ağır zərbələr vurublar.

Döyüş şəraitində düşmənin 7 hərbçisi məhv edilib, 10 hərbçisi yaralanıb.

Düşmənin daha iki əsgəri bədbəxt hadisə nəticəsində ölüb.

Ötən ay Azərbaycanın bir hərbi qulluqçusu şəhid olub.

Ay ərzində atəşkəsin pozulmasına görə, ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Ağdam rayonu istiqamətində 191 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (124 fakt).

Qarabağ cəbhəsi üzrə apreldə Tərtər rayonu istiqamətində 72 dəfə, Goranboy rayonu istiqamətində 61 dəfə, Xocavənd rayonu istiqamətində 49 dəfə, Cəbrayıl rayonu istiqamətində 36 dəfə, Tovuz istiqamətində 10 dəfə, Gədəbəy rayonu istiqamətində 12 dəfə, Göygöl rayonu istiqamətində isə 2 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Qazax rayonu istiqamətində 11, Ağstafa rayonu istiqamətində 5 dəfə pozub.

Qeyd edək ki, mart ayında erməni silahlı bölmələri atəşkəs rejimini 682 dəfə pozmuşdu.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti