Gürcüstanda daha bir nazir istefa verib

29-04-2015, 15:58
Oxunub: 254
"İstefa haqqında ərizəm hazırdır"


Gürcüstanın idman və gənclər naziri Levan Kipiani bu gün baş nazirə istefa ərizəsi təqdim edəcəyini bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirin özü jurnalistlərə açıqlamasında bildirib.
 
"İstefa haqqında ərizəm hazırdır. Baş nazirə müraciət edəcəyəm. Mən baş nazirə və Bidzina İvanişviliyə əməkdaşlıq üçün təşəkkürümü bildirirəm", - deyə o qeyd edib.
 
Nazir idman sahəsində fəaliyyət göstərmək niyyətində olduğunu deyib. L. Kipiani parlament üzvlərinin ona qarşı irəli sürdükləri bütün ittihamları rədd edib.
 
Qeyd edək ki, deputatlar ölkədə idmanın inkişafının ləng getdiyini bildiriblər.
 
Xatırladaq ki, həftə ərzində Gürcüstanda iki nazir istefa verib. Bunlar regional inkişaf naziri David Şavliaşvili və ətraf mühitinin mühafizəsi naziri Elqudja Xokrişvilidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti