Bakıda avtobus zəncirvari qəza törətdi

25-04-2015, 15:34
Oxunub: 467


Paytaxtda martşrut avtobusu zəncirvari qəza törədib. Hadisə Hüseyn Cavid prospertində qeydə alınıb.

Virtualaz.org-un hadisə yerində olan müxbiri bildirir ki, 39 nömrəli marşrut avtobusu qəfildən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn maşınla toqquşub.

Avtobusun arxasınca gələn başqa bir maşın da avtobusa çırpılıb.

Beləliklə, hadisə nəticəsində 90 RD 619 nömrəli "Mercedes”, 90 AV 911 nömrəli "FİAT” və 90 VJ 511 nömrəli "Range Rover” toqquşublar.

Hələlik bir nəfərin xəsarət aldığı və onun təcili yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti