Yol Polisi İdarəsinin rəis müavini qəzaya düşdü

25-04-2015, 14:42
Oxunub: 2781


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini yol-nəqliyyat hadisəsi ilə üzləşib. 
 
İdarədən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında "Park Bulvar” Ticarət Mərkəzinin qarşısında baş verib. Sərxoş sürücü maşını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayevin idarə etdiyi xidməti avtomobilə vurub. Xəsarət alan olmayıb.
 
Qəzaya səbəb olan sürücü saxlanılıb.
 
AZNEWS.AZ xəbər verir ki, qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşüb və evakuatorla duracağa aparılıb. 
Hadisəni Rəşadət Babayev təsdiq edib. O, AZNEWS.AZ-a açıqlamasında qəza zamanı sükan arxasında özünün olduğunu söyləyib: "Bu olayla bağlı müstəntiqlər tərəfindən araşdırma gedir. Əlavə informasiyanı ərazi üzrə polis idarəsindən və bu işi aparan müstəntiqdən ala bilərsiniz. Hazırda iclasdayam, geniş danışa bilmirəm”.
Alay komandiri hadisənin harada və necə baş verdiyi haqda informasiya verməyib. 
Xatırladaq ki, Rəşadət Babayev bu vəzifəyə düz bir il öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmriylə təyin edilib. Bu vaxtadək həmin vəzifədə polkovnik Nadir Piriyev çalışıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti