Pişik üzgüçülük kurslarına yazılıb - Video

3-02-2013, 01:19
Oxunub: 1560


Amerika Birləşmiş Ştatlarında Holi adlı pişiyin sahibi həddən artıq şişman olan pişiyini arıqlatmaq üçün onu üzgüçülük kurslarına yazdırıb.

 

Piylənmədən əziyyət çəkən pişiyə idmanın bu növü ilə məşğul olmağı həkimi məsləhət görüb. 13 yaşında olan Holinin 7 kiloya yaxın çəkisi var və o, demək olar ki, bütün günü hərəkətsiz qalır. Sahibi onu yerindən tərpətməsə Holinin tərpənmək heç ağlına da gəlmir. Sahibinin sözlərinə görə, onun pişiyi son 1 ildə bu cür kökəlməyə başlayıb. Buna səbəb isə, pişiyin televiziyaya bağlılığıdır. Təsəvvür edin ki, Holinin öz sevimli proqramları var. O, hər gün Mori Poviçin "Tok şou”suna və "De biq luzer” proqramlarına baxır. Qeyd edək ki, sonuncu proqram məhz piylənmədən əziyyət çəkən insanların bu problemdən necə xilas olması ilə bağlıdır.

 

 

 

ANSPress 

 

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti