Tatarıstan rəhbəri Azərbaycana gəlir

13-04-2015, 10:35
Oxunub: 319


Rusiya Federasiyası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov Azərbaycana səfər edəcək.

"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, səfərin yaxın zamanlarda reallaşacağı gözlənilir.

Məlumata görə, R.Minnixanov səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycanda "KamAZ" markalı yük maşınlarının yığımı üzrə konveyeri şəxsən işə salacaq.

Qeyd edək ki, yaxın günlərdə Gəncə avtomobil zavodunda "KamAZ" markalı yük maşınlarının yığılması üzrə konveyerin istifadəyə verilməsi planlaşdırılır.

Cari ilin fevral ayında "Gəncə avtomobil zavodu" İstehsal Birliyi ilə "KamAZ" ASC arasında Azərbaycanda və digər ölkələrdə "KamAZ" markalı yük maşınlarının yığımı və satışı üzrə saziş imzalanıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti