Hillari Klinton prezidentliyə namizədliyini 2 gün sonra elan edəcək

10-04-2015, 20:02
Oxunub: 289


ABŞ-ın keçmiş dövlət katibi və keçmiş birinci xanımı Hillari Klinton aprelin 12-də prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən bəyan edəcək.

Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "New York Daily News" siyasətçiyə yaxın mənbəyə istinadən xəbər yayıb. Ehtimal edilir ki, H. Klinton videomüraciət edəcək və bu, sosial şəbkələrdə yayılacaq.

Xatırladaq ki, H. Klinton Demokratlar Partiyasından ola biləcək potensial namizədlər arasında ən nüfuzlusu hesab olunur. Ekspertlər hesab edirlər ki, bu dəfə onun namizədliklə bağlı ilkin mərhələni keçməsi çətin olmayacaq. Daha öncə Hillari Klinton 2008-ci ildə ölkə prezidentliyinə namizədlik üçün cəhd edib, lakin son nəticədə Demokratlar Partiyasından namizəd hazırkı prezident Barak Obama olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti