Məhbusun "erməni soyqırımını" təkzib edən kitabı çıxdı

2-02-2013, 13:37
Oxunub: 1752


İstanbul Universitetinin həbsdə olan əməkdaşı, tarixçi Mehmet Perinçəkin "Rus arrxivlərindən 150 sənəddə erməni məsələsi” kitabı çap olunub.

APA-nın məlumatına görə, kitabda Mehmet Perinçək tərəfindən qondarma "erməni soyqırımı” ilə bağlı 12 il ərzində Rusiya dövlət arxivlərindən toplanıb türk dilinə tərcümə edilmiş 150 sənəd əksini tapıb.
 
Rusiyanın dövlət arxivlərində sistemli araşdırmalar aparan Mehmet Perinçəkin bundan əvvəl də "erməni soyqırımı”nı təkzib edən bir çox kitabları çap olunub.
 
Rusiya arxivlərindən toplanmış sənədlərin önəmli bir qismi isə Mehmet Perinçək tərəfindən 2011-ci ilin fevralında Moskvada çap etdirilib. Kitaba ön söz yazan beynəlxalq hüquq üzrə professor Gündüz Ökçün kitaba daxil edilən sənədlərin "erməni soyqırımı”na dair iddiaları ifşa etdiyini vurğulayıb: "Ümumilikdə baxanda türk dövlətinin ermənilərə qarşı əvvəlcədən planlaşdırılmış heç bir qətliam və soyqırımından söhbət gedə bilməz. Cərəyan edən proseslərdə türklər  ermənilərdən daha çox itkiyə məruz qalıb və insan itiriblər”.
 
Qeyd edək ki, 2010-2011-ci illərdə Rusiyanın müxtəlif arxivlərində araşdırmalar aparmış Mehmet Perinçək 2011-ci ilin iyununda Türkiyəyə qayıtdıqdan sonra "Ergenekon terror təşkilatına üzv olmaq” ittihamı ilə həbs edilib. Hazırda Silivri həbsxanasında cəza çəkən M. Perinçək son kitabını orada çapa hazırlayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti