Elman Rüstəmov Mərkəzi Bankın sədri təyin edildi

9-04-2015, 20:08
Oxunub: 443


Azərbaycan prezidenti İlham Əliyev Elmar Sirac oğlu Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi sərəncam imzalayıb.

E.Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Mərkəzi Bankına rəhbərlik edir. O, həmin il Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdi. 5 ildən sonra - 2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan E.Rüstəmov 2010-cu ilin aprelində daha 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə təyin edilmişdi. E.Rüstəmov həmçinin Dünya Bankının Azərbaycan üzrə sədridir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti