İlham Əliyev fərman izmaladı - Siyahı

8-04-2015, 21:05
Oxunub: 545


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli fərmanının icrasını təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası aşağıdakı tərkibdə müəyyən edilsin:

Komissiyanın sədri

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti

Komissiyanın üzvləri:

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Kamal Abdullayev – Azərbaycan Respublikasının millətlərarası,multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri
Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Xoşbəxt Yusifzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Ağamusa Axundov – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri
Fərhad Xəlilov – Azərbaycan Rəssamlar İttifaqının sədri
Firəngiz Əlizadə – Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Azərpaşa Nemətov – Azərbaycan Teatr Xadimləri İttifaqının sədri
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri
Tahir Salahov – Xalq Rəssamı
Arif Məlikov –Xalq Artisti
Ömər Eldarov – Xalq Rəssamı
Eldar Quliyev – Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti

Bu fərmanla "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 noyabr tarixli 651 nömrəli fərmanı ləğv edilir.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti