Lütvəli Babayev qonaqlıq verdi

2-02-2013, 13:02
Oxunub: 2148


2 Fevral Gənclər Günü münasibətilə fevral ayının 1-də zərdablı gənclərin bayram tədbiri keçirilmişdir.

Zərdab Rayon İcra Hakimiyyətindən Etatist.com-a bildirilənə görə, Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev məruzə ilə çıxış etmişdir. Məruzədə gənclərə diqqət və qayğının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, bu diqqət və qayğının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi razılıqla vurğulanmışdır. Ölkəmizdə 2007-ci ilin
"Gənclər ili”, 2009-cu ilin "Uşaq ili”, 2012-ci ilin "İdman ili” elan edilməsi gənclərimiz tərəfindən dövlətimizin Başçısına minnətdarlıq hissi ilə qarşılandığı bildirilmişdir. İlkin Əliyev gənclərin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməsini son illər zərdablı gənclərin, idmançıların sorağının respublika və Beynəlxalq turnirlərdən, Avropa və dünya kuboku yarışlarından gəlməsini bildirmiş, şahmatçıların, karateçilərin uğurlarından ətraflı danışmışdır.

Gənclərin bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak və çıxış etmiş, 2012-ci ildə ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gənclərə qiymətli hədiyyələr təqdim etmişdir.

Lütvəli Babayev qonaqlıq verdi
Lütvəli Babayev qonaqlıq verdi
Lütvəli Babayev qonaqlıq verdi
Lütvəli Babayev qonaqlıq verdi

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti