Şeron Stounun 400 min dollarlıq eşqi

2-02-2013, 12:38
Oxunub: 1388


Kişilərin ağlını başdan alan Hollivud gözəli Şeron Stounla görüşdən qabaq həyacanlanar. Amma Rusiya estradasının ulduzu Filipp Kirkorov belələrindən deyil. Müğənni saçlarını tumarlayıb "Böyük şəhərdə məhəbbət" adlanan filminin çəkiliş meydançasında aktrisa ilə roman yaşamaq üçün Los-Ancelesə yola düşüb. 

Bir tərəfdən də niyə də həyacanlansın? Kirkorov bir neçə il əvvəl Şeronla "Muz TV"nin mükafatlandırma mərasimində çox gözəl zaman keçirmişdi. Aktrisa mərasimin xüsusi qonağı idi o zaman. Maraqlıdır, görəsən 54 yaşlı gözəl aktrisa Kirkorovu yoldan çıxara biləcəkmi? Ələlxsus da seks-ilahəyə bu fərasətinə görə heç də az pul təklif edilməyib: iki çəkiliş gününə 400 000 dollar!

Xatırladaq ki, Filipp Kirkorov Rusiya kinematoqraflarının ərsəyə gətirdikləri "Böyük şəhərdə məhəbbət" filmində müqəddəs Valentin rolunu oynayır. Hansıki bu obraz filmdəki baş qəhrəmanlara istənilən qadınla münasibət qurmağa kömək edir. Lakin Kirkorovun öz qəhrəmanı son dərəcə tənhadır.

Və ekran əsərinin üçüncü hissəsində onun bəxti gətirir - o qadın tapılır. Yeri gəlmişkən bu rolu Şeron Stoun oynayır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti