AŞ PA həmməruzəçisinin Bakı səfəri təxirə salındı

7-04-2015, 16:28
Oxunub: 254


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramuntun Bakıya planlaşdırılan səfəri təxirə salınıb.

Bu barədə AŞPA-nın rəsmi Twitter səhifəsində məlumat yer alıb.

"AŞPA həmməruzəçisi Pedro Aqramuntun aprelin 8-9-da Bakıya planlaşdırılan səfəri gözlənilməz hadisə üzündən təxirə salınıb”,- deyə məlumatda bildirilir.

Xatırladaq ki, P. Aqramuntun səfəri AŞPA-nın İnsan haqları və hüquqi məsələlər üzrə Komitəsi adından hazırlayacağı "Azərbaycanın Avropa Şurasındakı sədrliyi: İnsan hüquqlarının qorunması sahəsində nə kimi tədbirlər görülməlidir?” adlı hesabatla əlaqədar idi.

Səfər zamanı P. Aqramuntun ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Prezident Administrasiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılırdı. (Apa)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti