Neft şirkətinin binasında yanğın olub

1-02-2013, 11:56
Oxunub: 770


Meksikanın paytaxtı Mexikoda "Pemeks" neft şirkətinin binasında partlayış olub. 52 mərtəbəli binanın zirzəməsində baş vermiş partlayış nəticəsində binanın birinci və ikinci mərtəbələri çöküb.

  

Polisinin verdiyi məlumata görə, dağıntılar altında azı 14 nəfərin qalaraq ölüb. 80-ə yaxın işçinin isə xəsarət aldığı bildirilir. Xəsarət alanlardan əksəriyyətinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı da ehtimal edilir.

  

Polis hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı hələlik heç bir məlumatın olmadığını qeyd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti