İlham Əliyev Qətərin nəqliyyat nazirini qəbul edib

16-03-2015, 15:23
Oxunub: 583
İlham Əliyev Qətərin nəqliyyat naziri Al-Sulaitini ilə görüşüb


Prezident İlham Əliyev martın 16-da Qətər dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.

Etatist.com-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirib. O qeyd edib ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparılır. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

Dövlət başçısı isə ölkələrimizdə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini deyib. 

Azərbaycan ilə Qətər Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən prezident İlham Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti