Cəlilabadda güclü partlayış və yanğın: 4 yaralı var

16-03-2015, 12:00
Oxunub: 303


Cəlilabad şəhərində ikimərtəbəli evdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) azvision.az-a verilən məlumata görə, ümumi sahəsi 252 kv.m olan 10 otaqlı fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verib. Belə ki, yanğın evin 1-ci mərtəbəsində qeydə alınıb və sonradan partlayış olub. Partlayış zamanı 4 nəfər yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti