İŞİD öz "facebook"-unu yaratdı

11-03-2015, 11:05
Oxunub: 398


İŞİD tərəfdarları facebookun analoqu olan "Caliphate book” adlı sosial şəbəkə qurublar.

Etatist.com-un Anspress-ə istinadən verdiyi xəbərə görə, bu, terror qruplaşmasının digər sosial şəbəkələrdəki hesabları bloklandıqdan sonra baş verib.

Məlumata görə, 5elafabook.com saytı yarandıqdan bir gün sonra problemlər yaşayıb, onu yaradan və necə istifadəçisi olduğu barədə qeydlər göstərilməyib.

Saytın adı "khilafa", yəni ərəb sözü olan xilafətdən götürülüb. Ərəb dilində "kh" birləşməsi 5 sayını göstərir. Sayt yeddi dildə tərcümə olunur: holland, ingilis, ispan, portuqal, türk, İndoneziya və Yavanes. Maraqlıdır ki, bu sırada ərəb dili yoxdur.

Sayt müvəqqəti olaraq "istifadəçi haqda məlumatı qorumaq və onların təhlükəsizliyini təmin etmək" üçün fəaliyyətini dayandırıb.

İŞİD sosial şəbəkələrdən əsasən yeni döyüşçülər və informasiya mübadiləsi üçün istifadə edir. O həmçinin şəbəkədə girovların edam videolarını yayımlayır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti