Təyyarə qəzası: 2 ölü

5-03-2015, 09:38
Oxunub: 519
Qəza nəticəsində təyyarədə olan hər iki pilot həlak olub


Pakistanda hərbi təlim təyyarələrindən biri qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, Pakistan Hava Qüvvələrinə məxsus "Mirage” tipli hərbi təyyarə təlim zamanı qəzaya keçirib. Bu barədə açıqlama yayan ölkənin HHQ mətbuat xidməti qəzanın Dera İsmail Xan bölgəsi yaxınlığında baş verdiyini bildirib. 

Açıqlamada həmçinin, hərbi təyyarənin böyük ehrimalla hava şəraitinin dumanlı olması səbəbilə baş verdiyi vurğulanır. Çünki həmin vaxt bölgədə yağışlı hava hökm sürürmüş. 

Qəza nəticəsində təyyarədə olan hər iki pilot həlak olub. 

Təyyarənin qalıqlarının yığışdırılması üçün işlərin davam etdiyi qeyd edilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti