Keşişin mədəsindən narkotik çıxdı - Video

31-01-2013, 12:14
Oxunub: 751


Rusiyanın Şeremetiva hava limanında maraqlı hadisə yaşanıb. Kolumbiyadan gələn keşişdən şübhələnən təhlükəsizlik əməkdaşları onu tibbi müayinəyə dəvət edib və bu zaman məlum olub ki, rahibin mədəsində 13 ədəd kiçik torba var. Torbaları ordan çıxaran tibb işçiləri narkotik vasitə olan kokain aşkarlayıb.

Fabio Rikardo Radriqos adlı rahib bir qədər sonra əməlini etiraf edib. O, bildirib ki, Rusiyaya narkotik keçirməyə onu vadar ediblər. Keşiş Kolumbiya mafiyasının onu hədələdiyini və bu işə razı olmayacağı təqdirdə onu öldürəcəklərini qeyd edib. Rahibi ələ verən isə onun hava limanında özünü çox narahat, əsəbi aparması olub. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs kilsələrdən birində həqiqətən keşiş kimi fəaliyyət göstərir.

 

ANSPress 


 

 

 

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti