Ərəb biznesmen "Euronews"u almaq istəyir

27-02-2015, 16:03
Oxunub: 448
Misirli biznesmen kanala görə 35 milyon avro ödəməyə hazırdır


Məşhur misirli biznesmen Naqib Saviris "Euronews” telekanalına nəzarət paketini almağı planlaşdırır.

Bu barədə azvision.az "The Hollywood Reporter”ə istinadən xəbər verir.

Məlumata əsasən, misirli biznesmen kanala görə 35 milyon avro ödəməyə hazırdır.

Artıq "Euronews” telekanalı da Savirisdən təsdiq mesajı gəldiyini təsdiqləyib. Əgər tərəflər razılığa gəlsələr, biznesmenin telekanalda payı 53% təşkil edəcək.

Jurnal vurğulayır ki, Saviris Misir telekommunikasiya bazarının əsas oyunçusudur. "Euronews”la potensial razılaşma sahibkara Avropa bazarına çıxmağa imkan verəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti