Azərbaycan Əfqanıstana kömək edəcək

31-01-2013, 10:22
Oxunub: 697


Bakıda "Gömrük sahəsində elektron xidmətlərin tətbiqi və göstərilməsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbirdə deyib.

"May ayında Bakıda gömrük sahəsində elektron xidmətlərin göstərilməsi mövzusunda böyük konfrans keçiriləcək. Konfransda bu sahədə fikir mübadiləsi aparılacaq", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan artıq bu sahədə digər dövlətlərlə öz təcrübəsini paylaşmağa hazırdır.

"Bununla əlaqədar, gələn ayın sonunda Əfqanıstana səfər etməyi planlaşdırırıq. Bu barədə müvafiq razılıq var. Bu, beynəlxalq təşkilatlar tərəfindən alqışlanır. Biz bu sahədə Əfqanıstana kömək edəcəyik", - Əliyev deyib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti