29 yaşlı şahzadə 2011-ci ilin yazında diktator rejimə qarşı keçirilən nümayişlərdə saxlanılmış iki həkimə işgəncə verməkdə ittiham olunur. Eyni zamanda Nura əl-Xəlifəni digər nümayişçilərə - 21 yaşlı Ayat əl-Kurmaziyə də işgəncə verməsinə görə məhkəmə gözləyir. 21 yaşlı nümayişçi 2011-ci ilin yazında kral rejimini tənqid edən şerlərini açıq şəkildə oxuduğuna görə həbs olunub. Əl-Kurmazi bildirib ki, o, doqquz gün ərzində həbsdə saxlanılıb. Bu müddətdə ona ağır işgəncələr verilib. Onu döyən zaman gözlərini bağlayıblar, gözlərini açanda isə hələ huşu yerində olub və o qarşısında Nura əl-Xəlifəni görüb.