"WikiLeaks"-in rəhbəri seçkilərə hazırlaşır

31-01-2013, 10:02
Oxunub: 493


Qalmaqallı WikiLeaks internet resursunun yaradıcısı Culian Assanj doğma ölkəsi olan Avstraliyada bu il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək niyyətindədir. APA-nın xəbərinə görə, bu barədə WikiLeaks-dan məlumat verilib.
İsveçdə seksual cinayətlərdə ittiham edilən Assanj bu ölkəyə ekstradisiya olunmamaq üçün hazırda Ekvadorun Londondakı səfirliyində yaşayır.

Avstraliya senatına seçkilər bu il sentyabrın 14-də keçiriləcək.
Assanj WikiLeaks-in siyahıları ilə parlamentə namizədliyini irəli sürmək fikrindədir. Ötən il o WikiLeaks partiyasını qeydiyyatdan keçirmək istədiyini bildirmişdi.

 

Partiyanı qeydə aldırmaqdan ötrü WikiLeaks-in nümayəndələri 500 min seçici imzxası toplamalıdırlar. Avstraliya qanunlarına əsasən, əgər Assanj parlamentdə düşsə və onun işində iştirak edə bilməsə, onun yerini təyin etdiyi başqa şəxs tutacaq.

WikiLeaks resursu müxtəlif ölkələrin məxfi sənədlərini internetdə dərc etməklə populyarlaşıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti