İsrail Suriyanı bombaladı

31-01-2013, 09:52
Oxunub: 3375


İsrail təyyarələrinin Suriyanın Caramay məntəqəsindəki araşdırma mərkəzinə zərbə endirməsi nəticəsində 2 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Məlumata görə, zərbələr iki dəfə yanvarın 30-u səhər və axşam saatlarında endirilib. Binaya ciddi ziyan dəyib.

Suriya ordusunun yaydığı məlumata görə, sözügedən mərkəz bir neçə ay ərzində silahlı üsyançılar tərəfindən də ciddi hücuma məruz qalırmış.
Qərb mediası isə İsrail təyyarələrinin Suriya ordusuna məxsus avtokolona zərbə endirdiyini bildirir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti