Con Kerri ilə İranın xarici işlər naziri yenidən bir arada

23-02-2015, 14:19
Oxunub: 299


Cenevrədə ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında İranın nüvə proqramı üzrə danışıqların ikinci mərhələsi başlayıb.

APA-nın məlumatına görə, danışıqlarda İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi və ABŞ energetika naziri Ernest Moniz də iştirak edir.

Görüşdən bir qədər öncə rəsmi Tehran danışıqları tərk etmə ehtimalının olduğunu bildirib. İran xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib ki, əgər digər tərəflər öz tələblərini İran İslam Respublikasına diktə etməyə çalışsalar, Tehran nüvə danışıqlarını tərk edəcək.

Xatırladaq ki, Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Almaniya və Fransanın daxil olduğu "altılıq” ölkələri və İran nüvə proqramı üzrə razılığın əldə olunması üçün danışıqlar aparır.Tərəflər 2013-cü ildə Cenevrədə Tehranın nüvə proqramının dinc xarakterli olmasını təmin edən və İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan sazişin hazırlanması barədə razılığa gəlib. Bir ildən çox vaxt keçsə də belə bir sənəd hələ hazırlanmayıb, yalnız ilkin fəaliyyət planı mövcuddur. Tərəflər danışıqları 2015-ci ilin iyun ayının sonuna kimi uzadıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti