Azərbaycanda bir gündə 3-cü zəlzələ

23-02-2015, 14:15
Oxunub: 707


Azərbaycanın 2 rayonunda da zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən lent.az-a verilən məlumatına görə, bu gün saat 11:57-də Qəbələdən 20 km şimal-şərqdə yeraltı titrəyişlər qeydə alınıb.

Mərkzədən bildirilib ki, yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.

Şəmkirdə isə zəlzələ saat 12:04-də - Gəncədən 31 km şimali-qərbdə qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.3, dərinliyi 9 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

*   *   *09:50

Azərbaycanda növbəti zəlzələ baş verib.

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 22:27-də Astara rayonundan 28 km şərqdə, Xəzər dənizində qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3,1, dərinliyi 29 km olub.

Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bundan əvvəl fevralın 20-də Xəzər dənizndə 3.4 bal, fevralın 19-da Qəbələ rayonunda 3.7 bal, Lerik rayonunda 3.7 bal gücündə zəlzələlər qeydə alınmışdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti