Avropa İttifaqı Rusiyaya qarşı yenə sanksiya tətbiq edə bilər

13-02-2015, 11:00
Oxunub: 432
"Çətinliklərin yaranacağı təqdirdə isə əlavə sanksiyaların tətbiq ediləcəyini istisna etmirik"


Avropa İttifaqının qeyri-formal sammitinin iştirakçıları yeni Minsk sazişinin icrası prosesində çətinliklərin yaranacağı təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq ediləcəyini istisna etmir.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.
 
"Hər şey yaxşı gedəcəksə biz böyük məmnuniyyətlə bu prosesi (Ukraynaya dair yeni razılaşmaların icrası prosesi) müşayiət edəcəyik, çətinliklərin yaranacağı təqdirdə isə əlavə sanksiyaların tətbiq ediləcəyini istisna etmirik”,  deyə Merkel jurnalistlərə sammitin yekunlarına dair açıqlama verərkən bildirib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti