Kerrinin kritik Ukrayna səfəri başladı

5-02-2015, 14:31
Oxunub: 451
"Səfər ABŞ-ın Ukraynaya verdiyi dəstəyin növbəti sübutu olacaq"


ABŞ dövlət katibi Con Kerri Ukraynaya rəsmi səfərə gəlib.

Bu barədə azvision.az "İnterfax” agentliyinə istinadən xəbər verir.

Dövlət katibinin təyyarəsi Kiyevdə "Borispol” hava limanına enib. Ukraynaya səfəri zamanı Kerri ölkə prezidenti Pyotr Poroşenko, baş nazir Arseniy Yatsenyuk və ukraynalı parlamentarilərlə görüşəcək.

"Səfər ABŞ-ın Ukraynaya verdiyi dəstəyin növbəti sübutu olacaq. Görüşlər zamanı müzakirə olunacaq əsas məsələlər Ukraynada islahatların aparılması və ölkənin şərqindəki gərginliyin azaldılması yollarının axtarılması olacaq”, - deyə Ukrayna XİN-in rəsmi nümayəndəsi Yevqeniy Perebiynis bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti