Dərslər mayın 31-dən də tez başa çatacaq

3-02-2015, 16:55
Oxunub: 819


Bu il Azərbaycan məktəblərində dərslər vaxtından əvvəl başa çatacaq.

Hər il olduğu kimi, bu il məktəblərdə dərslər mayın 31-də deyil, daha tez zamanda yekunlaşacaq. Belə ki, Azərbaycan məktəblərində "Son zəng” tədbirinin keçiriləcəyi vaxtın dəyişdirilməsi nəzərdə tutulub.

Bu il mayın 31-i bazar gününə düşdüyündən "Son zəng” tədbirlərinin vaxtında dəyişiklik ediləcək. Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə "Son zəng”in mayın 29-da, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 30-da çalınacağı ehtimalı var.

Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri bir qayda olaraq sentyabrın 15-də başlayıb və mayın 31-də başa çatıb. Nazirlər Kabinetinin Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikliyə əsasən, gələn tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr-26 yanvar, ikinci yarımil 1 fevral-14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək (APA).

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti