Magistraturaya sənəd qəbulu başlayır

2-02-2015, 11:39
Oxunub: 810
Magistraturaya qəbul ola bilməyən tələbələr üçün boş qalan yerlərə ixtisaslaşma seçimi iyunun 22-28-i arası olacaq


Sabahdan etibarən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu başlanacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) azvision.az-a verilən məlumata görə, 2015-2016-cı tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ərizə qəbulu fevralın 3-dən 12-ə qədər davam edəcək. Bu müddət ərzində bakalavrlar elektron ərizələri doldurmalıdırlar. Fevralın 22-də isə magistraturaya qəbul imtahanının 1-ci mərhələsi keçiriləcək.

1-ci mərhələdə lazımi balı toplayan tələbələr aprelin 1-10-da proqram seçimi edəcəklər. Qəbul imtahanının 2-ci mərhələsi isə aprelin 26-da keçiriləcək. 7-12 may tarixlərində isə ixtisaslaşma seçimi olacaq.

Qeyd edək ki, magistraturaya qəbul ola bilməyən tələbələr üçün boş qalan yerlərə ixtisaslaşma seçimi iyunun 22-28-i arası olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti