Bakıda avtobus qəza törətdi - Foto

2-02-2015, 10:45
Oxunub: 427
“Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb


Bu gün səhər saatlarında Bakıda marşrut avtobusu qəzaya səbəb olub.

"Report”un xəbərinə görə, hadisə Nizami rayonunun Bəhruz Nuriyev küçəsində baş verib.

Belə ki, 30 saylı sərnişin avtobusu qarşı yola çıxıb. Nəticədə avtobus "Opel” markalı minik avtomobili ilə toqquşub. Bundan sonra minik avtomobili yol kənarında hərəkətsiz vəziyyətdə dayanan yük maşınına dəyib.

Hadisə nəticəsində "Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb. Bundan başqa, hər üç nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
Bakıda avtobus qəza törətdi - Foto
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti