Girovlarla bağlı ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib

29-01-2015, 14:00
Oxunub: 538
"Avropa İnsan Hüquqları üzrə Məhkəməsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin haqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətini üzvü Anar Bağırov müdafiə edəcək"


Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gedən və ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovla, Şahbaz Quliyevlə bağlı ərizə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 

Bu barədə məlumatı "Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru İsrafil Əlili verib. 

O, qeyd edib ki, Avropa İnsan Hüquqları üzrə Məhkəməsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin haqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətini üzvü Anar Bağırov müdafiə edəcək. 

Xatırladaq ki, D.Əsgərov, Ş.Quliyev və Həsən Həsənov ötən ilin yayında doğmalarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonuna gediblər. Dilqəm və Şahbaz ermənilər tərəfindən girov götürülüb, H.Həsənov isə qətlə yetirilib. Girovlar üzərində qondarma rejim tərəfindən məhkəmə qurulub. Oyuncaq məhkəmənin qəraraı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 25 il müddətinə azadlıqdan məhrum edilib. 

Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı proses şəxsən Azərbaycan Respublikası prezidenti İlham Əliyevin nəzarətindədir. Prezidentin tağşırığına uyğun olaraq Azərbaycan höküməti adından 7 beynəlxalq təşkilata müraciət göndərilib. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə müraciət olunmasıdır. 
anspress
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti