Sərdar Həmidovun adına bağlanan obyektin əsl sahibi danışdı- Özəl

28-01-2015, 15:30
Oxunub: 2014
"Bu yanacaq doldurma məntəqəsinin açılmasına qeyri-qanuni olaraq yol verməmək üçün bunu Sərdar Həmidovun adına bağlayırlar"

Bir neçə gün bundan əvvəl Etatist.com-un Tərtər rayonu ilə bağlı yayımladığı araşdırma yazılardan sonra internet qəzetin baş redaktoru Şəhriyar Məcidzadəyə qarşı media və sosial şəbəkədə şər, böhtan kampaniyası başlanılıb. Guya bu yazıların səbəbi Şəhriyar Məcidzadənin atasının Tərtərdə tikdirmək istədiyi obyekt olub. Sözün hansı obyektdən getdiyi, obyektin hansı ünvanda yerləşdiyi haqqında isə heç bir məlumat paylaşılmır. Dünən axşam (27 yanvar) redaksiyamıza zəng edən İsgəndərov Əkbər etatist.com-un baş redaktoru Şəhriyar Məcidzadənin atası Sərdar Həmidovun adına bağlanmaq istənən obyektin ona məxsus olduğunu və bu barədə əsl gerçəkləri danışmaq istədiyini bildirdi.

Əkbər İsgəndərov qeyd etdi ki, bu obyekti Sərdar Həmidovun adına bağlayanlar onun haqqını yemək istəyənlərdir.

Ə.İsgəndərovun Etatist.com-a verdiyi qısa müsahibəni təqdim edirik:

"Obyekin tikilməsi üçün daş tökülməsi söhbəti olmasaydı, bilməyəcəkdim ki, söhbət mənim obyektimdən gedir"
"Torpağımı götürüb satıblar"

- Əkbər bəy, iddia edirsiniz ki, Sərdar Həmidovun adıyla bağlanmaq istənən obyekt məhz sizindir. Hardan belə bir qənaətə gəldiniz? 
- Sərdar Həmidovun adıyla bağlanmaq istənən obyekt mənə məxsusdur. Ancaq əlimdə bütün sənədlərimin olmasına baxmayaraq icra başçısı fəaliyyətə başlamağa icazə vermədi. Hər şey əvvəldən başladı, mənim Mərgüşəvan (Şıxarx) yolunda hələ müharibə illərindən yanacaq doldurma məntəqəm var idi. O vaxt orda hələ evlər tikilməmişdi, indi milyonçular məhəlləsi tikilib. Başçı məndən xəbərsiz yanacaq doldurma məntəqəsinin çənlərini götüzdürüb qoydurub yaxınlıqda yerləşən avtobazanın həyətinə. Bir də qeyd edirəm, mənim bundan xəbərim olmayıb. Sonra mən İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qəbuluna gedib yanacaq doldurma məntəqəsini yenidən tikmək istədiyimi bildirdim. Oranı yenidən qurmaq üçün daş da tökdürmüşdüm. Obyekin tikilməsi üçün daş tökülməsi söhbəti olmasaydı, bilməyəcəkdim ki, söhbət mənim obyektimdən gedir. Çünki, rayonda bir tək mən obyek üçün daş tökəndən sonra tikintiyə icazə verilməyib. Avropa.info saytında bununla bağlı xəbər gördüm... Oxudum ki, yazılıb "Sərdar Həmidova torpaq verilməyib". Onda başa düşdüm ki, söhbət mənim sahəmdən gedir. Başçı mənə dedi ki, "sən burda heç nə tikə bilməzsən". Dedim "axı mənim qanuni sənədim var, yerim var". Yanında olan camaatın içində dedi ki "artıq danışmaq lazım deyil, sənə yaxşı yol. O torpaq sənin deyil”. Torpağımı da götürüb satıblar. Məndə bütün sənədlər var. Dövlətə çox pul keçirmişdim. Bu da qəbzlərim (Qəbzləri göstərir- red.).

Sərdar Həmidovun adına bağlanan obyektin əsl sahibi danışdı- Özəl
Sərdar Həmidovun adına bağlanan obyektin əsl sahibi danışdı- Özəl

"Əgər şikayət etsəm nə iləsə müdafiə olunmaq üçün deyəcəklər ki, Sərdar Həmidovundur"

Bu yanacaq doldurma məntəqəsinin açılmasına qeyri-qanuni olaraq yol verməmək üçün bunu Sərdar Həmidovun adına bağlayırlar. Çünki, əgər şikayət etsəm nə iləsə müdafiə olunmaq üçün deyəcəklər ki, Sərdar Həmidovundur. Mən Məgrüşəvan bölgəsində olan bu yanacaq doldurma məntəqəsini 2002-ci ilə qədər işlətmişəm. Orda olan iki çəni özəlləşdirmişəm. Sonra getdim gördüm ki, onu çıxardıblar. Sonra getdim İcra Hakimiyyətindən icazə aldım, yanacaq doldurmanın bərpası üçün verdilər. Daş tökdüm tikmək istəyəndə yenə gəldilər ki, yox, sən burda bunu tikə bilmərsən. 

- Bəs nə səbəb gətirdilər?
- Səbəb gətirmədilər. Sadəcə dedilər ki, bura yanacaq doldurma yeri deyil. Guya ki, ərazidə binalar, evlər var. Mənə acıqlı-acıqlı dedilər ki, burda tikmək olmaz. 

- Dedilər ki evlər var, ona görə? 
- Hə, elə bir kəlmə. İcazə vermədilər. Mənsiz özəlləşdirdiyim "zapravka"nın çənlərini götürüb aparıb atıblar avtobazanın həyətinə. Hal-hazırda da ordadır. 

Sərdar Həmidovun adına bağlanan obyektin əsl sahibi danışdı- Özəl

"Sərdar Həmidovun adını çəkənlər mənim haqqımı yemək istəyənlərdi"

- Məqalədə iddia olunur ki, guya Sərdar Həmidov gəlib orda daş tökdürüb tikirdirməyə çalışıb. 
- Sərdar Həmidovun adını çəkənlər mənim haqqımı yemək istəyənlərdir. Özüm daş tökdürmüşəm, ona da icazə verməyiblər. Burda Sərdar Həmidovluq heç bir şey yoxdur. Bu yanacaq doldurma məntəqəsini də mən 1992-ci ildə Mərgüşəvanda açmışam və 2002-ci ilə qədər də işlətmişəm. Mən işləyən dövrdə istər müharibə dövrü olsun, istərsə ondan sonra ora gələn müharibə əlillərinə, şəhid ailələrinə pulsuz benzin vermişəm. Elə günlər olurdu ki, onlarla yaralı daşıyan, şəhid aparan maşına pulsuz benzin vermişəm. Amma indi mənə bir tikə çörək qazanmağa imkan vermədilər. Sərdar Həmidovun adını tutan adam, "onun obyekti var”, "dükanı var” deyən adam utanmalıdır. Çünki, biz hamımız Tərtərin müdafiəsi üçün onun nələr etdiyini canlı olaraq görmüşük. O, ailəsini belə müharibə vaxtı çıxarmamışdı rayondan.

Cavid Əliyev

Etatist.com
Şərhlər : 1 Şərh yaz
Ehtiyatdaki Zabit 28 yanvar 2015 16:09  
Eshq olsun Terterin igid ogullarina.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti