Prezident üç icra başçısını dəyişdi

27-01-2015, 19:07
Oxunub: 392
Mübariz Ağayev Quba rayonunun icra başçısı vəzifəsindən azad edilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaşar Məmmədovun Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Etatist.com bildirir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yayılıb.
 
Mübariz Ağayev isə Quba rayonunun icra başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bundan başqa Mənsur Həmzə oğlu Məmmədov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ucar rayonuna icra başçısı təyin edilib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti