"Tərtərlə bağlı məsələ prezidentin diqqətinə çatdırılacaq"

23-01-2015, 17:04
Oxunub: 1926
"Qəbul olunan bütün qərarlar Azərbaycan Respublikası Konstitusiyasının bölgədə tam şəkildə tətbiqini zəruri edir"


Yanvar ayının 23-də Milli Fikir Mərkəzinin (MFM) idarə heyətinin növbədənkənar toplantısı keçirilib. Toplantı zamanı Etatist.com-un bölgələrdə radikal dini qruplaşmaların kök atmasına dair yayımlanmış olan xəbəri müzakirə edilib.

Belə ki, yanvar ayının 16-da Etatist.com-un Analitik Qrupunun əməkdaşları Tərtər rayonuna ezam olunub və rayonda sözügedən mövzuyla bağlı geniş araşdırma aparıb.

Kəndlərdə və rayonun mərkəzində yerləşən məsciddə əhaliylə söhbət nəticəsində ortaya çıxan və əldə edilən faktlarla bağlı yayımlanmış geniş araşdırma MFM-in rəhbərliyinin toplanmasına səbəb olub.

"Məscid məzhəblər tərəfindən iki hissəyə bölünüb"

"Tərtərlə bağlı məsələ prezidentin diqqətinə çatdırılacaq"

Məsələylə bağlı Etatist.com-a açıqlama verən MFM-in idarə heyətinin üzvü Elvin Mahmudov bildirib ki, o, ezam olunmuş əməkdaşlarla bərabər sözügedən araşdırmada şəxsən iştirak edib:


"Biz Tərtərə çatanda, düzü, rayondakı abu-havanın çox sakit olduğunu gördük. Həftənin cümə günü olduğundan biz, Tərtər rayonunun mərkəzində yerləşən Cümə məscidinə getdik. Məscidin içərisinə daxil olanda rayondakı bu sakitliyin sadəcə görüntü olduğunu anladıq. Belə ki, məscid məzhəblər tərəfindən iki hissəyə bölünüb. Bu məsələni isbatlamaq üçün apardığımız araşdırmalar nəticəsində çox sayda fotoşəkil çəkdik, ədəbiyyat və digər faktlar əldə etdik. Bu məsələdə diqqətimi çəkən ən önəmli hadisə cəbhə bölgəsində yerləşən rayonda xeyli insanın döyüşmək üçün Suriyaya getməsi idi. Araşdırmanın nəticələrini bu gün müzakirə etməyimizin səbəbi formalaşmış bu ağır duruma ölkə ictimaiyyətinin diqqətini cəlb etməkdir”.

"Qadınlar qurban vəziyyətindədir"

"Tərtərlə bağlı məsələ prezidentin diqqətinə çatdırılacaq"

MFM-in idarə heyətinin üzvü Qəmər Şahbazın bildirdiyinə görə, aparılan araşdırma, sözün əsl mənasında, həyəcan təbilidir: 


"Mən öyrənəndə ki, bizim vətəndaşlarımız öz ailələrini də götürüb Suriyaya gedib yerləşirlər və qadınlar, həyat yoldaşları həlak olanda Suriyada qalmağa məhkum olurlar, dəhşətə gəldim. Tərtərdə yaranmış bu vəziyyət nəticəsində həyat yoldaşı Suriyaya gedən və ya həyat yoldaşı ilə getməyə məcbur olan qadınlar qurban vəziyyətindədir. Qadınları və uşaqları qorumaq lazımdır”.

"Tərtərlə bağlı məsələ prezidentin diqqətinə çatdırılacaq"

Məsələyə münasibət bildirən MFM-in idarə heyətinin üzvü Kamran Həsənli bu məsələnin Milli Fikir Mərkəzi üçün gündəmdə birinci olduğunu bildirdi:


"Biz hesab edirik ki, məsələnin bu həddə çatmasında yerli icra hakimiyyətinin günahı var. Yaxşı olar ki, hüquq-mühafizə orqanları bu məsələni geniş şəkildə araşdırsın".

"Tərtərlə bağlı məsələ prezidentin diqqətinə çatdırılacaq"

MFM idarə heyətinin üzvi Cavid Əliyev Etatist.com-a bildirdi ki, idarə heyətinin iclasında qəbul olunan bütün qərarlar Azərbaycan Respublikası Konstitusiyasının bölgədə tam şəkildə tətbiqini zəruri edir.

"Tərtərlə bağlı məsələ prezidentin diqqətinə çatdırılacaq"

Məsələ ilə bağlı Etatist.com-a açıqlama verən mərkəzin sədri Şəhriyar Məcidzadə isə bildirib ki, Tərtərlə bağlı məsələ prezidentin diqqətinə çatdırılacaq:


"Bu problemlərin həll olunması üçün təqsirkar şəxslərin cəzalanması, qanunsuz fəaliyyətlərin qarşısının alınması, dövlətin nüfuzuna xələl gətirən şəxslərin qanunlar qarşısında cavab verməsi üçün hüquqi müstəvidə mübarizə aparacağıq. Məsələ ilə bağlı prezidentə müraciət hazırlayırıq. Sabah fəaliyyət planımızı ictimaiyyətə açıqlayacağıq".

Etatist.com

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti