Ocaq Ailələrinin aylıq toplantısı keçirilib

29-01-2013, 12:43
Oxunub: 1157


Safruh: "Mütləqə İnam Ocağının gördüyü iş bütün xalqın çiyninin götürə biləcəyi işdir"

Ocaqdan Etatist.com`a verilən məlumata görə, 27 yanvar tarixində (27 İnam günü, Qar ayı 34-cü ildə) Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evində Ocaq Ailələrinin aylıq ənənəvi toplantısı keçirilib.

Qabaqca Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun uğurlaması dinlənilib: "Məqsəd Ailə Günü vasitəsilə Ocağın ali işini yaşatmaqdır. Ocağın Ruhani yükü nə ağırlıqda olur? Bu yük bir xalqın çəkə biləcəyi qədərdir. Mütləqə İnam Ocağının gördüyü iş bütün xalqın görə, çiyninin götürə biləcəyi işdir. Ona görə ki, Mütləqə İnamın dediyi mərifət, gözəllik, döyüşkənlik, özünəməxsusluq, yadlığa dirəniş, yaxşını axtarmaq, tapmaq, becərmək, çoxaltmaq – bunlar xalqa hər zaman gərək olası
şeydir. Bizim toplantılarımız, gündəlik işimiz, ömrümüz vasitəsilə xalqımız fərdiyyətləşir, öz sifəti haqqında düşünür, özünü tanıyır. İnam Ata Ocaq deyənə qədər xalqımızın sifəti başqa xalqların sifəti kimiydi. Yəni xalqımız özünü təsdiqləməmiş xalqların sırasında idi. Bizi özümüzə tanıtmayan çoxlu başqa sifətlər sırınmışdı. Biz xalq kimi söz yiyəsi deyildik".
"Ümid" Ocaq Ailəsinin Yükümlüsü Yolruh Atalı: "İnam –  Ocağın başlıca konusudur. Dünya, həyat bizi özünə inandıraraq yaşadır. Əgər dünyanın bizi inandırmaq gücü olmasaydı, yaşaya bilməzdik. İnsan var gücüylə başqasına inanmalıdır. Biz insana inanmağa borcluyuq".

"Ulu Fərəh" Ailəsinin Yükümlüsü Uluruh Atalı: "Özümə qovuşmuşam, özümü təzədən aşkarlamışam. Özümdəki ruhani gözəlliyə, bütövlüyə vurğunam. Uzun axtarışlardan, özümü döymələrdən sonra ruhani halla dolub içim. Gecə ənginliyi, ay işığı, təbiət ahəngi dolub içimə. Dünya elə mənəm. Bəşər elə mənəm..."

Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı 21 illik Ocaqçılığı haqqında danışıb: "Bircə an da olsa, Ocaqçı vüqarımı unutmuram. Mütləq İnamımla birəm, onunla nəfəs alıram. Mütləqə İnam Bayrağım həmişə başımın üzərində dalğalanır. Xoşbəxtəm".

Əlisahib Əroğul, Maarif Teymur, Qəşəm İlqar Ruhdaş, Baba Əhmədli, Uğur Atalı, Yolnur Atalı günlə bağlı düşüncələrini bildiriblər. Ruhani Başçı Safruh tədbiri belə sonlandırıb: "Xalqın içində Mütləqə İnam yayılır. Xalqımız Mütləqə İnam xalqı olmağa gəlir. Ailə günlərimiz, tədbirlərimiz, yazılarımız onu deyir".
 

Ocaq Ailələrinin aylıq toplantısı keçirilib
Ocaq Ailələrinin aylıq toplantısı keçirilib
Ocaq Ailələrinin aylıq toplantısı keçirilib
Ocaq Ailələrinin aylıq toplantısı keçirilib
Ocaq Ailələrinin aylıq toplantısı keçirilib
Ocaq Ailələrinin aylıq toplantısı keçirilib

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti