Nəhəng asteroid Yerə yaxınlaşır

15-01-2015, 10:14
Oxunub: 537


Yarım kilometr diametri olan 2004 BL86 asteroidi yanvarın 26-da Yerə maksimum yaxınlaşacaq.

 

Bu barədə NASA öz rəsmi saytında məlumat verib. 


Gözlənilir ki, asteroid planetimizdən 1,2 milyon kilometr aralı keçəcək. Bu, Yerdən Aya qədər olan məsafənin 3 misli deməkdir. Belə məsafə çox yaxın hesab olunur. 

Növbəti dəfə asteroidin Yerdən bu qədər yaxın məsafədən keçməsi 2027-ci ildə olacaq. Həmin il 1999 AN10 asteroidi Yerə yaxınlaşacaq.

 

Qeyd edək ki, 2004 BL86 asteroidi 2004-cü ildə kəşf olunub. году. O vaxtdan astronomlar fəal şəkildə onu izləyirlər.

 

Nəhəng asteroid Yerə yaxınlaşır

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti