Ölən məhbusla bağlı ciddi araşdırma aparılır

13-01-2015, 11:12
Oxunub: 366
Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb hazırda istintaq hərəkətləri davam etdirilir


22 dekabr 2014-cü il tarixdə saat 07 radələrində Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olmuş məlumata əsasən Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Etatist.com Pentinensiyat Xidmətim saytına istinadən xəbər verir ki, ilkin araşdırma ilə müəyyən edilmişdir ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozmuş, əməkdaşların tələblərinə əməl etməyərək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol veriblər.

Bununla əlaqədar E.Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, eləcə də müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınmış, E.Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmiş, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib.

Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb hazırda istintaq hərəkətləri davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti