MN: "Ermənilərin yaydığı məlumat dezinformasiyadır"

6-01-2015, 12:44
Oxunub: 476
"İtki verməmişik"


Cəbhədə guya Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun öldürülməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı "unter zabitin” məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır.

Qeyd edək ki, erməni kütləvi informasiya vasitələrində bu il yanvarın 5-dən 6-na keçən gecə cəbhədə qoşunların təmas xəttində baş verən atışma zamanı Azərbaycan Ordusunun 3 hərbi qulluqçusunu itirdiyi barədə məlumatlar yayılıb. Ermənilər hətta hərbçilərimizdən birinin "adı və soyadını", eləcə də "xidmət etdiyi hərbi hissəsinin nömrəsini" də qeyd ediblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti