ABŞ-dan təcili Qarabağ bəyanatı

6-01-2015, 10:21
Oxunub: 868
"Dağlıq Qarabağda baş verən gərginlik bizi narahat edir"


ABŞ hakimiyyəti Dağlıq Qarabağda baş verən gərginliyə görə narahatdır.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.

"Dağlıq Qarabağda baş verən gərginlik bizi narahat edir. Vaşinqton hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştrak etməyə çağırır”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin bəyənatına əsasən yanvarın 3-də gecə münaqişə zonasında baş verən atışma nəticəsində 2 erməni əsgəri ölüb. Azərbaycan Müdafiə Nazirliyi öz növbəsində xəbəri təkzib edib.

Bu arada ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan katibi Ceyms Uorlik bildirib ki, Dağlıq Qarabağda gərginliyin artması münaqişənin sülh yolu ilə həllinə gətirib çıxarmayacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti